uz | ru | en
 

Sharqtaronalari.uz

PREZIDENT

Prezident

  

Şavkat Mirziyoyev 24 iyul 1957-ci il Cizzax vilayətinin Zaamin rayonunda həkim ailəsində anadan olub. Milliyəti özbəkdirş Ali təhsillidir, 1981-ci ildə mühəndis-mexanik ixtisası üzrə Daşkənd irriqasiya və kənd təsərrüfatının mexanikləşdirilməsi mühəndisləri institutunu bitirib. Texnika elmləri namizədi və dosent dərəcəsi var. Əmək fəaliyyətinə 1981-ci ildə Daşkənd irriqasiya və kənd təsərrüfatının mexanikləşdirilməsi mühəndisləri institutununda başlamışdır, kiçik elmi işçi vəzifəsində çalışıb, baş müəllim, dosent, tədris işləri üzrə prorektoru vəzifələrində çalışmışdır.

1990-ci ildə respublika Ali Sovetinin deputatı seçilib, mandat komissiyasının sədri vəzifəsində çalışıb.

1992-ci ildə Daşkənd şəhəri Mirzə-Uluğbəy rayonunun hakimiyyəti başçısı vəzifəsinə təyin olunmuşdur. 1996-2001-ci illərdə Cizzax vilayətinin hakimiyyət başçısı, 2001-2003-cü illərdə Səmərqənd vilayətinin hakimiyyət başçısı vəzifələndə çalışıb, adıçəkilən rayon və sahələrin sosial-iqtisadi inkişafına böyük töhfə vermişdir

İcra hakimiyyəti orqanlarında işləyərək, eyni zamanda1995-2003-ci illərdə Özbəkistan Respublikası Ali Məclisinin deputatı kimi ölkənin siyasi və sosial-iqtisadi inkişafı və demokratik islahatların həyata keçirilməsinə yönəlmiş mühüm qanunvericilik sənədlərinin hazırlanması və qəbul edilməsində fəal və səmərəli iştirak etmişdir.

Ş.M.Mirziyoyev 2003-cü ildə Özbəkistan Respublikasının Baş Naziri vəzifəsinə və daha sonra 2005, 2010, 2015-ci illərdə də Ali Məclis palataları tərəfindən bu vəzifəyə təyin edilmişdir.

Vətənimizin müstəqilliyinin ilk günlərindən Ş.M.Mirziyoyev Özbəkistan Respublikasının ilk Prezidenti İslam Kərimovun etibarını qazanaraq, onun müttəfiqi və həmfikiri kimi fədakarliqla fəaliyyət aparır.

Ş.M.Mirziyoyev hökumət başçısı vəzifəsində genişmiqyaslı sosial-iqtisadi islahatların həyata keçirilməsi, ölkənin yenilənməsi və müasirləşdirilməsi, iri və unikal layihələrin həyata keçirilməsi, xüsusi mülkiyyətin inkişafı və prioritetliyinin təmin olunması, kiçik biznesin və özəl sahibkarlığın iqtisadiyyatda payının artırılması və gələcəkdə onların hüquqi müdafiəsinin möhkəmləndirilməsində öz yüksək potensialı və görkəmli təşkilatçılıq qabiliyyətini nümayiş etdirmişdir.

O öz fəaliyyətində iqtisadiyyatın sənaye əsasında inkişafı, ölkənin ixrac potensialının artırılması, aqrar sahəsində köklü islahatların aparılması, ilk növbədə fermer hərəkatının geniş inkişafı, kənd təsərrüfatı məhsullarının dərin emalı, Respublikanın ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin sərfəli istehlak malları ilə təmin edilməsi kimi mövzulara xüsusi diqqət yetirmişdir.

 

Əhalinin əmək və həyat şəraitinin yaxşılaşdırılması  məqsədi ilə Ş.M. Mirziyoyev tərəfindən ölkənin bütün bölgələrində böyükmiqyaslı tikintisi və abadlaşdırılması, kommunal xidmətlərin keyfiyyətinin artırılması, Respublikanın şəhər və rayonların, xüsusilə də ucqar kənd rayonlarının kompleks inkişafı  üzrə səmərəli tədbirlər görülmüşdür.

Orqaga qaytish
 

http://uzbektourism.uz/ 

 
http://soejobs.gkk.uz/ru/
http://soejobs.gkk.uz/ru/